“Elə adamlar var ki, mənə görə özünü “lezva”layır, eləsi də var ki, deyir ki, heç onu toyuma çağırmaram”.
Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev “Show news” verilişinə açıqlamasında deyib. O bildirib ki, daha onu “Toylar kralı” kimi təqdim etməsinlər:
“Məndən soruşurlar ki, ad almısan? Deyirəm ki, yox. Bəziləri mənə “Toylar kralı” deyir, onu da yığışdırmışam. Deyirəm ki, elə məni Manaf Ağayev kimi təqdim edin. Adım brenddir. Başqa ada nə ehtiyac var ki? Sonradan verilən adlar vacib deyil. Bir qüsurum yoxdur ki, adımdan xəcalət çəkəm. Hamının üzünə dik baxaram. Heç bir zaman sənətimdən danışmamışam. Ona görə də məni çox istəyirlər. Bəziləri var ki, toya çağırırlar, o məclisdə oxuya bilmir. Elə müğənniləri toydan qovurlar”.